Türkiyənin Bartın vilayətindəki mədəndə baş vermiş partlayış nəticəsində həyatını itirənlərin sayı 25 nəfərə çatıb.
Modern.az xəbər verir ki, mədəndə daha 15 işçinin qaldığı ehtimal edilir.
Partlayış baş verən vaxt mədəndə 110 işçi olub, onların da 49-u riski bölgələrdə yerləşib. Axtarış-xilasetmə işləri davam edir.
Partlayışla bağlı cinayət işi açılıb, tədqiqat aparılır.
***
Türkiyənin Bartın vilayətində yerləşən mədəndə baş vermiş partlayış nəticəsində həyatını itirənlərin sayı 25 nəfərə çatıb.
Modern.az xəbər verir ki, bu barədə vilayət rəhbərliyinin yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, 36 mədən işçisi dağıntılar altından çıxarılıb. Onlardan 25-i həyatını itirib, 6 nəfər müalicə üçün İstanbula göndərilib.
***
Türkiyənin Bartin vilayətində daş kömür mədənində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.
Nazir mətbuata açıqlamasında hadisə zamanı 21 nəfərin yaralandığını, hazırda axtarışların davam etdiyini deyib.
Energetika və təbii sərvətlər naziri Fateh Dönməz isə deyib ki, partlayış baş verən mədəndə havalandıram sistemi işləyir. Xilasedicilər mədən işçilərindən 49-nəfərin yerləşdiyi bölmələrə çatmağa çalışırlar. Mədəndə yanğın yoxdur.
Hazırda fövqəladə vəziyyət üzrə bütün aidiyyəti təşkilatlara məxsus briqadalar hadisə yerindədir.
Axtarış-xilasetmə işləri gedir.
***
Türkiyənin Bartin vilayətində daş kömür mədənində baş vermiş partlayış nəticəsində 2 nəfər ölüb, 20 nəfər yaralanıb.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat yayıb.
Nazir qeyd edib ki, hadisə yerinə 149 nəfər tibb işçisi cəlb edilib. Hazırd xilasetmə əməliyyatları davam edir.
***
21:30
Türkiyənin Bartın bölgəsində yerləşən daş kömür mədənində baş verən partlayış zamanı dağıntılar altında qalan 11 nəfər xilas edilib.
Modern.az xəbər verir ki, bu barədə partlayışın baş verdiyi Amasra rayonunun bələdiyyə sədri Recai Çakır deyib.
Bildirilib ki, dağıntılar altında ümumilikdə 87 nəfər olub, onlardan 2-si yaralı halda çıxarılıb.
Türkiyə Prezidentinin tapşırığı ilə enerji və təbii ehtiyatlar naziri Fatih Dönməz, daxili işlər naziri Süleyman Soylu hadisə yerinə gediblər.
***
20:50
Türkiyənin Bartin bölgəsində daş kömür mədənində partlayış baş verib.
Bu barədə Modern.az NTV telekanlına istinadən xəbər verir.
Partlayışın səbəbi barədə məlumat verilməyib.
Bölgə rəsmiləri bildiriblər ki, Amasra daş kömür mədənində baş verən partlayış yerinə xilasedicilər cəlb edilib. Yerin altında fəhlələrin olduğu bildirilir.
Bartın valisi Nurtaç Aslan partlayışın səbəblərinin hələ bəlli olmadığını deyib.