Modern.az

Bu ölkədə \"iPhone\" satışı qadağan edildi 

Bu ölkədə \

15 Oktyabr 2022, 00:12

“Apple” şirkəti smartfonları şarj cihazı olmadan satdığı üçün Braziliya məhkəməsi tərəfindən cərimələnib.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

 

Agentliyin məlumatına görə, oktyabrın 13-də San-Paulu məhkəməsi Braziliyanın Kreditorlar, İstehlakçılar və Vergi Ödəyiciləri Assosiasiyasının təqdim etdiyi iddia ilə bağlı "Apple"a qarşı qərar qəbul edib. Məhkəmə smartfonların şarj cihazı olmadan satışını qadağan edib və şirkəti 100 milyon dollar məbləğində cərimələyib.

 

Qərarda deyilir ki, “Apple” şirkəti "iPhone" smartfonlarını şarj cihazı olmadan sataraq qanundan sui-istifadə edib. Şirkət qərardan şikayət edəcəyini bildirib. 

 

Akif İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI