Modern.az

NATO Gürcüstan və Moldovaya pul ayıracaq 

NATO Gürcüstan və Moldovaya pul ayıracaq 

15 Oktyabr 2022, 19:17

Rumıniya hakimiyyəti NATO fonduna 1,4 milyon dollar vəsait köçürəcək. 

 

Modern.az xəbər verir ki, bu barədə Rumıniyanın PRO TV telekanalı ölkənin xarici işlər naziri Boqdan Aureskuya istinadən məlumat yayıb.

 

Bildirilir ki, bu vəsait Ukrayna, Moldova, Gürcüstan və İordaniya kimi ölkələrin müdafiə sektorunun gücləndirilməsinə yönəldiləcək. 

 

Vəsait “Şərq cinahının bilavasitə yaxınlığında, xüsusən də Qara dəniz regionunda təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi məqsədlərinə” nail olmaq üçün istifadə olunacaq.

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI