Modern.az

ABŞ Avropadan Ukraynaya daha çox yardım etməsini istəyir

ABŞ Avropadan Ukraynaya daha çox yardım etməsini istəyir

15 Oktyabr 2022, 19:48

ABŞ rəsmiləri Avropa İttifaqının (Aİ) Ukraynaya daha çox maliyyə yardımı göstərməsini istəyir.

 

Modern.az xəbər verir ki, bu barədə "The Washington Post" nəşri öz mənbələrinə istinadən yazıb.

 

Bildirilir ki, ABŞ Maliyyə Nazirliyi Aİ-nin Ukraynanın maliyyə vəziyyəti ilə bağlı üzərinə götürdüyü məsuliyyətin miqyası ilə işlərin real vəziyyəti arasındakı uyğunsuzluqdan narazıdır.

 

“Nazir Yellen Ukrayna iqtisadiyyatına kömək etmək üçün ödənilməli olan kreditlərin deyil, birbaşa nağd ödənişlərin tez ödənilməsinin vacibliyini vurğulayıb", - nəşr qeyd edir.

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?