Modern.az

Şolts Avropa İttifaqını islahatlara çağırdı

Şolts Avropa İttifaqını islahatlara çağırdı

15 Oktyabr 2022, 22:44

Almaniya kansleri Olaf Şolts Avropa İttifaqında (Aİ) islahatlar keçirilməsinə çağırıb.

 

Modern.az xəbər verir ki, bu barədə o, Avropa Sosialistlər Partiyasının (PES) Berlində təşkil etdiyi konqresdə danışıb.

 

Kansler təşkilatın üzvlərinin sayının artırılmasının vacibliyini vurğulayıb. O bildirib ki, Ukrayna, Moldova, Qərbi Balkan ölkələri və perspektiv olaraq Gürcüstan da azad və demokratik Avropanın bir hissəsidir.

 

Şolts namizədlik statusu almış Balkan ölkələrinə verilən vədlərin yerinə yetirilməli olduğunu bir daha vurğulayıb.

 

O, Avropa İttifaqının şərqə doğru böyüməsinin hər kəs üçün qələbə olacağını ifadə edib.

 

Akif İsmayılov 

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI