Modern.az

Tehran həbsxanasında qarşıdurma: 8 nəfər yaralandı - YENİLƏNİB

Tehran həbsxanasında qarşıdurma: 8 nəfər yaralandı - YENİLƏNİB

16 Oktyabr 2022, 00:22

Tehranda yerləşən "Evin" həbsxanasında baş verən yanğında yaralananlar var.

 

Modern.az xəbər verir ki, bu barədə İranın ISNA agentliyi məlumat yayıb.

 

Hadisə zamanı 8 nəfərin xəsarət aldığı bildirilib.

 

"Evin" həbsxanası 1972-ci ildə açılıb, 1979-cu ildə İslam İnqilabından sonra siyasi məhbusların saxlanması üçün istifadə edilib.

 

***

23:26

 

Tehranın “Evin” həbsxanasında məhkumlarla işçilər arasında qarşıdurma baş verib.

 

Modern.az xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.

 

Qiyama qalxan məhbuslar həbsxananın geyim anbarını yandırıblar. Hadisə yerinə yanğınsöndürən briqadalar cəlb edilib.

 

Son məlumatlara əsasən, həbsxanadakı yanğın lokallaşdırılıb və qarşıdurmanın qarşısı alınıb.

 

İnsident nəticəsində ölən və xəsarət alanların olub-olmaması barədə açıqlama verilməyib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI