İran Rusiyaya kamikadze tipli PUA-lar verməyib.
Modern.az xəbər verir ki, bunu İranın xarici işlər naziri hüseyn Əmir Abdullahiyan Avropa İttifaqının (Aİ) baş diplomatı Cozep Borrellə telefon söhbətində bildirib.
XİN başçısı deyib ki, İran Rusiya-Ukrayna münaqişəsində neytral mövqe nümayiş etdirir.
Ukrayna tərəfi isə Rusiya ordusunun döyüşlərdə İran PUA-larından istifadə etdiyini açıqlayıb. Bildirilib ki, İran istehsalı PUA-ların 60 faizi Ukrayna qoşunları tərəfindən məhv edilib.