İsrailin diasporla iş üzrə naziri Naçman Şai ölkəsini Ukraynaya hərbi yardım göstərməyə çağırıb.
Modern.az xəbər verir ki, bu barədə o, özünün “Twitter” səhifəsində bildirib.
"Bu səhər məlum oldu ki, İran Rusiyaya ballistik raketlər ötürür. Artıq İsrailin bu qanlı münaqişədə hansı mövqe tutacağına şübhə yoxdur", - deyə nazir yazıb.
Akif İsmayılov