Modern.az

Zelenski əhalini işığa qənaət etməyə ÇAĞIRDI

Zelenski əhalini işığa qənaət etməyə ÇAĞIRDI

17 Oktyabr 2022, 00:59

Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, ölkənin bəzi şəhər və rayonlarında energetiklər bütün sistemin stabil işləməsi üçün elektrik enerjisinin verilməsini məhdudlaşdırmalı olurlar. 

 

Modern.az xəbər verir ki, bu barədə o, xalqa müraciətində bildirib.

 

Zelenski vətəndaşları saat 17:00-dan 23:00-dək elektrik enerjisi istehlakını məhdudlaşdırmağa çağırıb. 

 

Prezident bildirib ki, şənbə günü, oktyabrın 15-də ümumilikdə ölkə üzrə vətəndaşlar enerji istehlakını 10%, Çerniqov vilayətində 20%, Kiyevdə cəmi 7% insan məhdudlaşdırıb.

 

"Zəhmət olmasa daha çox azaldın. Biz elektrik enerjisi istehlakımızı saat 17:00-dan 23:00-a qədər azaltmalıyıq”, - deyə Ukrayna prezidenti qeyd edib.

 

Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi oktyabrın 16-da Ukraynanın enerji obyektlərinə hücum edildiyini açıqlayıb.

 

Akif İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI