Almaniyada xəstəxanalar önümüzdəki aylarda maliyyə problemi yaşayacaq. Problem tezliklə həll olunmasa, bir çox xəstəxana bağlanacaq.
Modern.az xəbər verir ki, bunu Almaniyanın səhiyyə naziri Karl Lauterbax bildirib.
Alman Xəstəxanalar Birliyinin prezidenti Gerald Gass da özəl klinikaların artan xərcləri ödəyə bilməyəcəyini və bəzilərinin yaxın aylarda bağlanacağını vurğulayıb.
O, həmçinin vəziyyətin gələn il daha da pisləşəcəyi ilə bağlı xəbərdarlıq edib.