Modern.az

Kiyevə dron hücumunda ölən və yaralılar var

Kiyevə dron hücumunda ölən və yaralılar var

17 Oktyabr 2022, 13:26

Rusiyanın kamikadze dronlarının Kiyevin Şevçenkovski rayonuna zərbələr endirməsi nəticəsində ölən və yaralananlar var.

 

Modern.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə şəhərin meri Vitali Kliçko məlumat evrib.

 

Onun sözlərinə görə, bu gün Kiyevin Şevçenkovski rayonuna endirilən dron zərbələri nəticəsində meydana gələn dağıntılar altından 60 yaşlı qadının meyiti çıxarılıb. Şəhərin meri bildirib ki, bir nəfər hələ dağıntılar altındadır.

 

Axtarış-xilasetmə işlərinin davam etdiyini açıqlayan Kliçko deyib ki, hücumda yaralanan üç nəfər xəstəxanaya yerləşdirilib.

 

Kliçko, həmçinin Kiyevə 28 PUA ilə hücum edildiyini, onlardan yalnız 5-nin şəhərdəki infrastrukturları vurduğunu açıqlayıb.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI