Modern.az

Azərbaycanın Avropada statusu artıb

Azərbaycanın Avropada statusu artıb

17 Oktyabr 2022, 14:48

Rusiya və Ukrayna müharibəsi səbəbindən Avropaya gedən qaz kəsilib. Buna görə də yenə Azərbaycan üzərindən gedən neft xətlərinin önəmi artıb. 

 

Modern.az xəbər verir ki, bu barədə  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu oktyabrın 17-də Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının İstanbulda keçirilən iclasından sonra keçirdiyi mətbuat konfransında deyib.

 

"Digər ölkələrdə də qazın olmaması səbəbindən Avropada Azərbaycanın statusu artıb. Bizim bərabər atacağımız addımlar enerji və qida təhlükəsizliyinə təsir edəcək", - XİN başçısı vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI