Təəssüf ki, Fransa və Makron obyektiv ola bilmirlər. Bir tərəfdən vasitəçi olmağa çalışırlar, amma biz onları görmürük.
Modern.az xəbər verir ki, bu barədənin Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclasının nəticələrinə dair mətbuat konfransında bildirib.
"Azərbaycan Prezidenti İlham Əliyev Makronun təklifini qəbul etdi, dördtərəfli görüş keçirildi. Bu iclası da bildiyim qədəri ilə Azərbaycana təzyiq göstərmək üçün keçirmişdilər. Amma artıq elə bir Azərbaycan yoxdur. Artıq hər dediyinizi edən Türkiyə və Azərbaycan yoxdur. Niyə 30 ildir Qarabağ məsələsi həll edilməmişdi?",- XİN başçısı deyib.