Modern.az

Almaniya ruslar üçün viza prosedurunu sərtləşdirir

Almaniya ruslar üçün viza prosedurunu sərtləşdirir

Dünya

17 Oktyabr 2022, 18:52

Almaniya Rusiya vətəndaşları üçün viza prosedurlarını sərtləşdirəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiyadakı Almaniya səfirliyində ruslara viza verən "VisaMetric" şirkəti məlumat yayıb.

 

Bildirilir ki, Almaniya vizası almaq istəyən ruslar indi Avropa İttifaqı (Aİ) ölkələrindən hər hansı birində fəaliyyət göstərən bankdan çıxarış təqdim etməlidirlər. Viza almaq istəyən şəxs Şengen zonasında qaldığı müddət üçün kifayət qədər pula sahib olacağını təsdiqləməlidir.

 

Sentyabrın 12-də Avropa İttifaqı Rusiya ilə viza rejiminin sadələşdirilməsini rəsmən dayandırıb. Şengen vizası üçün müraciət proseduru bahalaşıb

 

Akif İsmayılov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi