Modern.az

Sülhməramlıların maşını partladıldı - ÖLƏNLƏR VAR

Sülhməramlıların maşını partladıldı - ÖLƏNLƏR VAR

17 Oktyabr 2022, 22:14

Malinin şimalında BMT sülhməramlılarını daşıyan maşın naməlum şəxslər tərəfindən partladılıb.

 

Modern.az xəbər verir ki, bu barədə BMT sözçüsü Stefan Düjarrik məlumat verib.

 

Əldəqayırma partlayıcı qurğunun partlaması nəticəsində üç BMT sülhməramlısı həlak olub, daha üçü isə ağır yaralanıb.

 

Sülhməramlılar Kidal bölgəsinin şimalında mina axtarışı ilə məşğul olan zaman hücuma məruz qalıblar.

 

Xatırladaq ki, BMT-nin MINUSMA adlı missiyası çərçivəsində Maliyə 12 000-ə yaxın hərbi qulluqçu yerləşdirilib.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI