Modern.az

Müdafiə naziri təcili ABŞ-a getdi - Səbəb Ukraynadır

Müdafiə naziri təcili ABŞ-a getdi - Səbəb Ukraynadır

18 Oktyabr 2022, 19:47

Böyük Britaniyanın müdafiə naziri Ben Uolles bu gün səhər saatlarında ABŞ-a gedib.

 

Modern.az xəbər verir ki, bu barədə "The Telegraph" qəzeti yazıb.

 

Nazirliyin sözçüsünün məlumatına görə, Uolles ABŞ-da Ukraynaya yardım məsələlərini müzakirə edəcək.

 

"ABŞ bizim kimi Ukraynanın əsas müttəfiqlərindən biri olub və aparıcı rol oynayıb, ona görə də bu, Müdafiə Nazirliyinin rəhbərinin həmkarları ilə görüşməsi və gələcək dəstək yollarını müzakirə etmək üçün fürsətdir", - nazirin sözçüsü bildirib.

 

Müdafiə nazirinin ABŞ-a planlaşdırılmamış səfəri ilə əlaqədar parlament üzvləri qarşısında çıxışı təxirə salınıb. 

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI