Avropa Parlamenti üzv ölkələri Rumıniya və Bolqarıstanı ilin sonunadək Şengen zonasına qəbul etməyə çağırıb.
Modern.az xəbər verir ki, bu barədə Avropa Parlamentinin bu gün qəbul etdiyi qətnamədə qeyd olunub.
Parlamentarilərin fikrincə, hər iki ölkə uzun illər ərzində tələb olunan meyarlara cavab verib.
Bildirilir ki, Rumıniya və Bolqarıstanın 2022-ci ilin sonuna qədər Şengenə qəbulu 2023-cü ilin əvvəlindən daxili sərhədlərdə yoxlamalara son qoymağa imkan verəcək.