Şimali Koreya Cənubi Koreyanın şərq və qərb sahillərini artilleriya atəşinə tutub.
Modern.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsi məlumat yayıb.
Açıqlamada bildirilir ki, Şimali Koreya yerli vaxtla axşam saat 22 radələrində qərb sahillərinə 100-ə yaxın və şərq sahillərinə 150 mərmi atıb.
Qeyd edək ki, ABŞ və Cənubi Koreya birgə hərbi təlimlər keçirir. Şimali Koreya son həftələrdə raket sınaqlarının sayını artırıb.
Akif İsmayılov