Modern.az

Almaniya Rusiyanın qaz asılılığına son qoydu

Almaniya Rusiyanın qaz asılılığına son qoydu

Dünya

20 Oktyabr 2022, 12:18

Almaniya artıq Rusiyadan qaz tədarükü asılılığını aradan qaldırıb.

 

Modern.az xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts bildirib.

 

 "Alman xalqı sevinə bilər. Çünki biz qışa tam hazırlıqlı daxil oluruq",-  deyə kansler vurğulayıb.

 

Şolts enerjiyə qənaət etdiklərinə görə, vətəndaşlara təşəkkür edib: "Biz birlikdə qaz istehlakını 20% azaltmağı hədəfləyirik. Qənaət etdiyimiz hər kilovat-saat enerji təhlükəsizliyimizi artırır".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI