Modern.az

İranın XİN rəhbəri Ermənistana gedir

İranın XİN rəhbəri Ermənistana gedir

Dünya

20 Oktyabr 2022, 13:36

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyan bu gün Ermənistana səfər edəcək. 

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, XİN başçısı səfər zamanı erməni həmkarı Ararat Mirzoyanla görüşəcək.

 

Bundan əlavə, iranlı nazirin Ermənistanın Baş naziri Nikol Paşinyan və parlamentin sədri Alen Simonyanla da görüşü nəzərdə tutulub.

 

Məlumata görə, sabah Mirzoyan və Abdollahian Qafan şəhərində İranın baş konsulluğunun açılışında iştirak edəcəklər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI