Modern.az

Almaniya minlərlə ukraynalını döyüşə HAZIRLAYIR

Almaniya minlərlə ukraynalını döyüşə HAZIRLAYIR

Dünya

20 Oktyabr 2022, 16:00

Almaniya 2023-cü ilin yazınadək 5 min nəfərdən ibarət ukraynalı hərbçinin təlimlərini başa çatdıracaq.

 

Modern.az xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts bundestaqda bildirib.

 

Onun sözlərinə görə, Almaniyanın tərəfdaş ölkələrə hərbi texnika ötürməsi sayəsində, onlar Ukraynaya yüzə yaxın tank göndərə biliblər.

 

Şolts, həmçinin deyib ki, Ukrayna ilin sonunadək ehtiyaclarını ödəmək üçün yetərincə maliyyə dəstəyi alıb.

 

Belə ki, humanitar və hərbi dəstəklə yanaşı, Kiyevə 20,7 milyard dollar ayrılıb. Bu il ümumilikdə Ukraynanın 33,3 milyard dollar məbləğində maliyyə dəstəyi alması nəzərdə tutulub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI