Modern.az

28 ölkə İsveç və Finlandiyanın NATO-ya qoşulmasına "HƏ" deyib

28 ölkə İsveç və Finlandiyanın NATO-ya qoşulmasına

Dünya

20 Oktyabr 2022, 20:14

NATO-ya üzv olan 30 ölkədən 28-i İsveç və Finlandiyanın Alyansa daxil olmasını ratifikasiya edib.

 

Modern.az xəbər verir ki, bu barədə İsveçin Baş naziri Ulf Kristersson Alyansın baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında bildirib. 

 

Stoltenberq İsveç və Finlandiyaya təzyiq ediləcəyi təqdirdə, NATO-nun onlara dəstək olacağına söz verib. 

 

Blokun 30 ölkəsindən yalnız ikisi, Macarıstanla Türkiyə İsveç və Finlandiyanın NATO-ya daxil olmasını ratifikasiya etməyib.

 

Mətbuatda bildirilir ki, yaxın günlərdə Macarıstan parlamenti qərarı ratifikasiya edəcək.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI