Rusiya prezidenti Vladimir Putin qismən səfərbərlik çərçivəsində orduya çağırılan hərbçilərin hazırlıq prosesini izləyib.
Modern.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Putin Rusiyanın Ryazan vilayətindəki Qərb Hərbi Dairəsinin poliqonunu ziyarət edib. Rusiyanın müdafiə naziri Sergey Şoyqu təlimlərlə bağlı Putinə məlumat verib.
Kremlin paylaşdığı videoda Putinin poliqonda snayper tüfəngindən atəş açdığını əks etdirən kadrlar yer alıb.
Akif İsmayılov