Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Liz Trassın istefasından sonra hökumət rəhbəri postuna öz namizədliyini irəli sürmək niyyətindədir.
Modern.az xəbər verir ki, bu barədə "Times" nəşri yazıb.
Bildirilir ki, bir həftə ərzində partiyanın yeni liderinin seçkisi keçiriləcək.
Qəzetin yazdığına görə, keçmiş maliyyə naziri Rişi Sunak və Britaniya İcmalar Palatasının lideri Penni Mordaunt da namizədliyini irəli sürməyi planlaşdırır.
Xatırladaq ki, Trass bu gün, baş nazirliyinin 45-ci günündə vəzifəsindən istefa verdiyini açıqlayıb.
Akif İsmayılov