İsrailin Baş naziri Yair Lapid Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə telefon danışığı aparıb.
Modern.az xəbər verir ki, bu barədə Lapid özünün "Twitter" hesabında məlumat yayıb.
Kuleba müharibə ilə bağlı son vəziyyət barədə Lapidə məlumat verib.
Baş nazir isə qeyd edib ki, İsrail İran və Rusiya arasında hərbi əlaqələrdən narahatdır.
"İsrail Ukrayna xalqının yanındadır", - deyə Lapid yazıb.