Modern.az

Ukrayna Qərbdən aylıq 4 milyard dollar İSTƏYİB

Ukrayna Qərbdən aylıq 4 milyard dollar İSTƏYİB

Dünya

21 Oktyabr 2022, 17:36

Avropa İttifaqının gələn il Ukraynaya maliyyə yardımı təxminən 18 milyard avro təşkil edəcək.

 

Modern.az xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Avropa İttifaqı sammitinin yekunlarına dair mətbuat konfransında bildirib.

 

"Ukraynanın proqnozlaşdırıla bilən və sabit vəsait axını alması çox vacibdir. Ukrayna bizə bildirdi ki, onların əsas ehtiyaclarını ödəmək üçün ayda təxminən 3-4 milyard avro lazımdır. Bu 3-4 milyard avronu Avropa İttifaqı təmin etməlidir. Bununla İttifaqın Ukraynaya yardım paketi gələn il təxminən 18 milyard avro təşkil edəcək”, - deyə Leyen vurğulayıb.

 

O, eyni zamanda qeyd edib ki, bu vəsaitlər yalnız dövlətin fəaliyyətini təmin etməyə gedəcək, buraya ölkənin bərpası üçün qrantlar daxil deyil.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI