Amerikalı milyarder İlon Maskın "SpaceX" şirkətinə məxsus Starlink peyk internet xidməti İranda aktivləşdirilə bilər.
Modern.az xəbər verir ki, bu barədə CNN məsələ ilə tanış olan rəsmilərə istinadən məlumat yayıb.
Bildirilir ki, Ağ Ev milyarderlə danışıqlar aparır. Peyk vasitəsilə əsaslı internet xidməti iranlılara internetə və müəyyən sosial media platformalarına daxil olmağa kömək edə bilər.
Qeyd edək ki, İslam Respublikasında keçən ay 22 yaşlı Məhsa Əmininin polis nəzarətində ölməsindən sonra etiraz aksiyaları başlayıb. Hökumət ölkə ərazisində bəzi sosial medialara girişi qadağan edib.
Akif İsmayılov