Bosniyada müharibə zamanı mülki şəxslərə işgəncə verərək öldürən keçmiş Serb Respublikası ordusunun hərbçilərinə ümumilikdə 91 il həbs cəzası verilib.
Modern.az xəbər verir ki, məhkəmədə mühakimə olunan 7 hərbçinin hər biri 13 il həbs cəzasına məhkum edilib.
Onlar 1993-cü il fevralın 27-də Strpçi şəhərindəki qatar stansiyasından qaçırılan 20 nəfəri işgəncə verərək qətlə yetirməkdə təqsirli biliniblər.
Hərbçilər müharibə cinayətləri törətmək ittiham olunublar.