ABŞ prezidenti Co Bayden 2024-cü ildə keçiriləcək seçkilərdə dövlət başçısı postu uğrunda mübarizədə iştirak etmək niyyətində olduğunu, lakin hələlik bununla bağlı yekun qərar vermədiyini bildirib.
Modern.az-ın məlumatına görə, bu barədə Bayden "MSNBC" televiziya kanalına müsahibəsində danışıb.
"Rəsmi qərar verməmişəm, amma niyyətim budur. Mənim niyyətim yenidən namizəd olmaqdır və bu qərarı vermək üçün vaxtımız var", - deyə ABŞ prezidenti qeyd edib.