Böyük Britaniyanın keçmiş maliyyə naziri Rişi Sunak Liz Trassın istefasından sonra ölkənin Baş naziri olmaq niyyətindədir. Hakim Mühafizəkarlar Partiyasının 100-dən çox deputatı onun namizədliyini dəstəkləyir.
Modern.az-ın məlumatına görə, bu barədə "Sky News" telekanalı bildirib.
Məlumata görə, keçmiş baş nazir Boris Conson hələlik 67 deputatın dəstəyini alıb. Bildirilib ki, göstərilən rəqəmlər son deyil, yaxın günlərdə real mənzərə ortaya çıxacaq.
Qeyd edək ki, Parlamentin Aşağı Palatasının Mühafizəkarlar Partiyasından olan deputatları oktyabrın 24-ü saat 14:00-dək baş nazir postuna öz namizədlərini irəli sürəcəklər.
Hazırda bir neçə namizədlə bağlı qızğın müzakirələr davam edir.