Azərbaycanda yol qəzası keçirən AKP sədrinin müavini Binəli Yıldırım dünən təcili yardım təyyarəsi ilə İstanbula yola salınıb. Başakşehir Çam və Sakura Şəhər Xəstəxanasında müalicə alan B.Yıldırım əməliyyat olunub.
Modern.az NTV-yə istinadən xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.
Nazir bədənində qırıqlar olan deputat Şamil Ayrımın vəziyyətinin yaxşı olduğunu bildirib.
Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğan dünən axşam saatlarında B.Yıldırım və Ş.Ayrıma baş çəkib, onların səhhətləri ilə bağlı məlumat alıb.
Xatırladaq ki, oktyabrın 20-də Binəli Yıldırım, onun mühafizəçisi və millət vəkili Şamil Ayrımın olduğu avtomobil Zəngilan yolunda qəzaya düşüb. Onların hər üçü müayinə üçün helikopterlə Bakıya gətirilib, Mərkəzi Klinik Xəstəxanasına yerləşdiriliblər. Onlar daha sonra Türkiyəyə yola salınıblar.