Modern.az

Hindistanda ağır qəza - 15 nəfər öldü

Hindistanda ağır qəza - 15 nəfər öldü

Dünya

22 Oktyabr 2022, 18:11

Hindistanın Madhya-Pradeş ştatında sərnişin avtobusu qəzaya uğrayıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 15 nəfər ölüb, 40-a yaxın şəxs yaralanıb.

 

Əksəriyyəti fəhlə olan yaralılar xəstəxanaya çatdırılıb.

 

Qeyd edək ki, Hindistan dünyada yol qəzalarında ölüm hallarının ən yüksək olduğu ölkədir. Qəzaların səbəbi ehtiyatsız idarəetmə, baxımsız yollar və nəqliyyat vasitələrinin köhnə olmasıdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...