Modern.az

Çinin keçmiş lideri zorla qurultaydan çıxarıldı - VİDEO

Çinin keçmiş lideri zorla qurultaydan çıxarıldı - VİDEO

23 Oktyabr 2022, 00:16

Oktyabrın 22-də Çin Kommunist Partiyasının 20-ci qurultayı keçirilib. Qurultayda 69 yaşlı Si Cinpin üçüncü dəfə ölkənin lideri seçilib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, qurultayda xoşagəlməz hadisə baş verib.

 

Belə ki, Si Cinpindən əvvəl 2003-2013-cü illərdə Çinə rəhbərlik etmiş Hu Cintao zorla iclas salonundan çölə çıxarılıb. Qurultayda hazırkı Çin liderinin solunda oturan Hu Cintao iki nəfər tərəfindən qolundan tutularaq auditoriyadan zorla aparılıb.

 

AFP tərəfindən yayımlanan video görüntülərdə mühafizəçilərdən birinin dəfələrlə Hunu oturduğu yerdən qaldırmağa çalışdığı, yaxınlıqda əyləşən məmurların narahat baxışları əks olunub. Keçmiş Çin lideri müqavimət göstərməyə cəhd etsə də, nəticəsiz qalıb və kədərli halda salonu tərk edib.

 

Qeyd edək ki, Si Cinpin 1953-cü il iyunun 15-də Çinin paytaxtı Pekin şəhərində anadan olub. O, 2012-ci il noyabrın 15-dən Çin Kommunist Partiyasının Baş katibi, 2013-cü il martın 14-dən isə Çin Xalq Respublikasının Sədridir. Si Cinpin 2012-ci il noyabrın 15-dən Mərkəzi Hərbi Şuraya rəhbərlik edir.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI