Modern.az
Qəzənfər Həmidoğlu Çində “Si xanədanı” erası

Qəzənfər Həmidoğlu

Çində “Si xanədanı” erası

Dünya

24 Oktyabr 2022, 09:44

Qəzənfər Həmidoğlu
 

Bazar günü Pekində Çin Kommunist Partiyasının (ÇKP) XX qurultayı başa çatdı və gözlənildiyi kimi Si Szinpin ÇKP-nin baş katibi seçildi. Bu, 69 yaşlı Si Szinpinin ÇKP-nin sədri posrunda 3-cü müddətidir. Den Syaopinin dönəmindən bəri son 30 ildə ÇKP rəhbəri postuna yalnız iki müddətə seçilmək mümkün idi. Si Szinpinin təşəbbüsü ilə bu məhdudiyyət 2018-ci ildə ləğv edilmişdi.
 

Qurultay ərəfəsində maraqla gözlənilirdi ki, Çində balanslı hakimiyyətə üstünlük veriləcək, yoxsa bütün hakimiyyət tamamilə Sinin ixtiyarına buraxılacaq. Pekin ikinci variantı seçdi.
 

Si Szinpin yenidən baş katib seçilən kimi dərhal ÇKP-da təmizliyə başladı. Partiyanın Mərkəzi Komitəsinin yeni heyətinə ÇKP-nin Siyasi Bürosunun Daimi komitəsinin yeddi üzvündən dördü, o cümlədən baş nazir Li Kezyan, Çin Xalq Respublikasının (ÇXR) keçmiş lideri Xu Szintao düşmədi.


Yoldaş Sinin (Çində soyad addan əvvəl gəlir) çıxışı ərəfəsində “özünü pis hiss edən” 79 yaşlı yoldaş Xunu salondan dartıb çıxardılar. “Əsas lider”in (Si ÇKP-nin qərarı ilə 2016-cı ildən rəsmən bu titulu daşıyır) ciddi rəqiblərindən sayılan Gənclər Liqasının lideri Van Yan da Daimi komitədən çıxarıldı.

Beləliklə də, baş katib Siyasi Büronu tamamilə öz adamlarından formalaşdırdı.
 

ÇKP baş katibi 5 il müddətinə seçilir, amma belə görünür ki, ÇXR sədri Si özünün ömürlük hakimiyyəti üçün artıq beton zəmin yaradıb. Təsadüfi deyil ki, baş katib qurultaydakı ikisaatlıq çıxışında ÇXR-in 2035-ci ilədək inkişafı ilə bağlı öz baxış və tezislərini elan etdi.
 

Çinin başında durmasının 10-cu ilində (2023) “чжуси” (sədr, prezident) sözü yoldaş Sini bezdirə bilər və ABŞ-la perspektiv rəqabətdə daha kreativ, daha mobil, daha qüdrətli görünmək üçün Xalq Respublikasında qədim sülalə ənənəsini bərpa edib Si xanədanı yaradar, özünü “huangdi” - yəni, imperator elan edər. Bəlkə də etmədi, amma hakimiyyət istahı diş altındadır və “Səmaaltı imperiya”da sonra nələr olacağını kim bilə bilır ki?!. Bəs ÇKP necə olacaq? Problem yoxdur, Si Szinpen tarixin ilk kommunist imperatoru olar, Karl Marksın da goru çatlayar.
 

Yeri gəlmişkən, yoldaş Sinin yenidən baş katib seçilməsi Çinin proksisi olan İranda molla rejimini xeyli sevindirdi...

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir