Modern.az

"Çirkli bomba" iddiası - Gerasimov bu dəfə ABŞ-a zəng vurdu

Dünya

24 Oktyabr 2022, 19:51

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milley arasında telefon danışığı olub.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

 

Hərbçilər Moskvanın Ukraynanın "çirkli bomba"dan istifadə edə biləcəyi ittihamlarını müzakirə ediblər.

 

Bundan əvvəl Gerasimov britaniyalı həmkarına zəng edib.

 

Fransa, Böyük Britaniya və ABŞ-ın xarici işlər nazirləri daha əvvəl bildiriblər ki, onlar Rusiyanın çirkli bomba ilə bağlı yalançı iddialarını rədd edirlər. Ukrayna Rusiyanın ittihamının Moskvanın özünün belə bir hücumu planlaşdırdığına işarə olduğunu və hücuma gorə Kiyevi günahlandıracağını bildirib.

 

Akif İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!