Modern.az

İranlı nazir Rusiyaya PUA verilməsini DANDI

İranlı nazir Rusiyaya PUA verilməsini DANDI

Dünya

24 Oktyabr 2022, 21:21

İran istehsalı pilotsuz uçuş aparatlarının Ukraynada istifadə edilməsi sübuta yetirilərsə, Tehran buna biganə qalmayacaq.

 

Modern.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib.

 

XİN başçısı qeyd edib ki, Rusiya və İran arasında müdafiə sahəsində əməkdaşlıq davam edəcək. 

 

"Əgər İranın pilotsuz uçuş aparatlarının Ukraynada insanlara qarşı müharibədə istifadə edildiyi sübut olunarsa, biz buna biganə qalmamalıyıq", - deyə Abdullahian bildirib.

 

Qeyd edək ki, Rusiya Ukrayna müharibəsində İran istehsalı PUA-lardan istifadə etsə də, Tehran israrla bunu təkzib etməyə çalışır.

 

Akif İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI