Böyük Britaniyanın Baş naziri seçilən Rişi Sunak hakimiyyətə gəldikdən sonra həm rəhbəri olduğu Mühafizəkarlar Partiyasında, həm də ölkədə birliyin yaradılmasına çalışacaq.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Sunak Baş nazir kimi prioritetlərini açıqlayıb.
42 yaşlı siyasətçi deyib ki, Birləşmiş Krallıq böyük ölkədir və iqtisadiyyatında dərin problemlər var.
"Bizə sabitlik və birlik lazımdır, mən partiyada və ölkədə birlik yaradılmasını özüm üçün prioritet kimi qoyacağam. Çünki bu, firavan gələcək yarada biləcəyimiz yeganə yoldur”, - deyə Sunak bildirib.
Bundan əlavə, yeni Baş nazir dürüstlük və təvazökarlıqla xidmət edəcəyini söyləyib.
Qeyd edək ki, bu gün Böyük Britaniyanın sabiq maliyyə naziri Rişi Sunak ölkənin yeni Baş naziri seçilib. Onun baş nazir postu uğrunda əsas rəqibi, xanım siyasətçi Peni Mordont danışıqlar zamanı namizədliyini geri götürüb. Bununla da Sunak Baş nazir vəzifəsinə sahib olub.