İran Qərbi Azərbaycan vilayətində İsrailə işləyən 10 agenti həbs edib.
Modern.az xəbər verir ki, bu barədə İranın "Fars" agentliyi məlumat yayıb.
İddia olunub ki, həbs edilən şəxslər Mossad zabitləri ilə birbaşa video əlaqədə olublar.
"Onlar təhlükəsizlik aparatına bağlı insanların avtomobillərini və evlərini yandırıblar, Mossad agentlərinə göndərdikləri fotoşəkillər üçün pul alıblar", - agentliyin yaydığı məlumatda bildirilib.
Akif İsmayılov