Modern.az

Ukraynada müharibə dəhşəti - Minlərlə ölü, 10 minə yaxın yaralı

Ukraynada müharibə dəhşəti - Minlərlə ölü, 10 minə yaxın yaralı

Dünya

25 Oktyabr 2022, 00:40

Rusiyanın müharibəyə başlamasından bəri Ukraynada 16 mindən çox mülki şəxs zərər görüb.

 

Modern.az xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı məlumat yayıb.

 

Müharibə nəticəsində 6374 nəfərin həlak olduğu, 9776 nəfərin yaralandığı bildirilib. 

 

Məlumata görə, mülki əhalinin əksəriyyəti ağır artilleriya və raketlər də daxil olmaqla geniş mənzilli partlayıcı silahlardan yararlanıb və ya həlak olub.

 

Xatırladaq ki, Rusiya bu ilin fevral ayında Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb.

 

Akif İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI