Modern.az

Kiyevdə həyəcan - Belarusdan İran PUA-ları ilə hücum edildi

Kiyevdə həyəcan - Belarusdan İran PUA-ları ilə hücum edildi

25 Oktyabr 2022, 13:22

Oktyabrın 25-də Kiyev və regionda hava həyəcanı siqnalı verilib.

 

Modern.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri, polkovnik Yuri İqnat məlumat verib.

 

O bildirib ki, ruslar Belarus ərazisindən “Şahed” kamikadze pilotsuz təyyarələrini havaya buraxıblar.

 

Polkovnikin sözlərinə görə, işğalçılar İranın 10 pilotsuz təyyarəsini havaya buraxıblar: "Bu, onların Kiyevə Belarusdan ilk hücumu deyil”.

 

O, həmçinin əlavə edib ki, gün ərzində Ukrayna müdafiəçiləri üçün pilotsuz təyyarələri vurmaq daha asandır, çünki hədəf vizual olaraq daha yaxşı görünür.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI