Modern.az

Norveçdə rus casusu ələ keçirildi

Norveçdə rus casusu ələ keçirildi

25 Oktyabr 2022, 20:42

Norveç təhlükəsizlik xidməti Tromso şəhərində Rusiyaya casusluq edən şəxsi həbs edib.

 

Modern.az xəbər verir ki, bu barədə NRK telekanalı məlumat yayıb.

 

Bildirilib ki, həbs edilən şəxs 30-40 yaşlı Braziliya vətəndaşıdır. Lakin polis onun saxta sənədlər hazırladığını hesab edir, casusun Rusiya vətəndaşı olduğu və Rusiya kəşfiyyatına işlədiyi bildirilir.

 

Adı açıqlanmayan casus 2021-ci ildə Norveçə gəlib, Tromso Universitetində şimal bölgəsinin problemləri və hibrid təhlükələri öyrənib.

 

Məlumata görə, həmin şəxs oktyabrın 24-də işə gedərkən hüquq-mühafizə orqanları tərəfindən həbs edilib. Hazırda onunla bağlı araşdırma aparılır.

 

Akif İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI