İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iki üzvü qətlə yetirilib.
Modern.az xəbər verir ki, bu barədə İran hökumətinə yaxın "Mehr" informasiya agentliyi məlumat yayıb.
Bildirilir ki, hadisə ölkənin cənub-şərqindəki Sistan və Bəlucistan vilayətinin mərkəzi Zahedan şəhərində baş verib.
Məlumata görə, SEPAH üzvləri evə qayıdarkən Parastar meydanı yaxınlığında "Kalaşnikov" avtomatı ilə hücuma məruz qalıblar.
Hadisəni törədən şəxslərin müəyyən edilməsi istiqamətində axtarışlar aparılır, cinayətin detalları araşdırılır.