Rusiya nüvə qüvvələrinin təlimləri barədə ABŞ-ı məlumatlandırıb.
Modern.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin sözçüsü, briqada generalı Patrik Rayder bildirib.
Onun sözlərinə görə, Rusiya ballistik raketlərin sınaqdan keçiriləcəyi gözlənilən təlimlər haqqında əlavə məlumat təqdim etməkdən imtina edib.
"ABŞ xəbərdar edilib və əvvəllər də qeyd etdiyimiz kimi, bu, Rusiya tərəfindən müntəzəm olaraq keçirilən illik təlimdir. Rusiya silahlara nəzarət öhdəliklərinə və şəffaflıq öhdəliklərinə əməl edir", - amerikalı general qeyd edib.
Akif İsmayılov