"WhatsApp" mesajlaşma proqramının məxsus olduğu "Meta" şirkəti bu gün xidmətdə yaranmış fasilə barədə məlumat yayıb.
Modern.az xəbər verir ki, rəsmi açıqlamada problemin səbəbi izah olunub.
"Bilirik ki, insanlar bu gün "WhatsApp"da mesaj göndərməkdə çətinlik çəkib. Biz problemi həll etdik və yaranan narahatlığa görə üzr istəyirik. Qısa fasilə bizim tərəfimizdən texniki xətanın nəticəsi idi və indi aradan qaldırılıb", - şirkətdən bildirilib.
Qeyd edək ki, bu gün səhər saatlarında mesajlaşma proqramında problem yaranıb. İstifadəçilər bir müddət mesaj göndərə bilməyib. Problem qlobal xarakterli olub və dünyanın dörd bir yanından insanlar müxtəlif sosial şəbəkələrdə "WhatsApp"ın işləməməsi barədə paylaşımlar edib. Günorta saatlarında problem aradan qaldırılıb, lakin mövcud vəziyyətlə əlaqədar "WhatsApp"ın səhmlərinin qiyməti 0.7% uculaşıb.
Akif İsmayılov