Modern.az

Peskov liderlərin görüşü ilə bağlı açıqlama verdi

Peskov liderlərin görüşü ilə bağlı açıqlama verdi

Dünya

26 Oktyabr 2022, 14:34

"Rusiya prezidenti Vladimir Putin, Azərbaycan lideri İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın üçtərəfli görüşünə hazırlıq görülür. Vaxtı və yeri daha sonra dəqiqləşdiriləcək".

 

Modern.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

 

"Biz artıq demişdik ki, üçtərəfli görüş hazırlanır. Ümid edirik ki, bu baş tutacaq. Biz də sizə yer və vaxtla bağlı əlavə məlumat verəcəyik",- deyə Peskov bildirib. 

 

Qeyd edək ki, bu gün Ermənistan parlamentinin sədri Alen Simonyan görüşün oktyabrın 31-də Soçidə olacağını  bildirib. 

 

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Azərbaycan və Ermənistan liderlərini Rusiyada keçiriləcək üçtərəfli görüşə dəvət edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI