“Yeni azad edilmiş ərazilərdə minə yaxın həlak olmuş qəhrəmanın və dinc əhalinin cəsədi çıxarılıb. İzyumdakı kütləvi məzarlıqda tapılan meyitlərin sayı 450-yə yaxındır".
Modern.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Müvəqqəti İşğal Olunmuş Ərazilərin Reinteqrasiyası Nazirliyinin mətbuat xidməti "Telegram"da məlumat yayıb.
Qeyd olunub ki, işğalçıların vəhşiliklərinin sarsıdıcı faktları üzə çıxır, ölənlər arasında təkcə hərbi qulluqçular deyil, mülki şəxslər – böyüklər və uşaqlar da var.
"Lakin dəqiq məlumat yalnız ekspertizadan sonra məlum olacaq", - nazirlikdən bildiriblər.
Əlavə edilib ki, işlər hüquq-mühafizə orqanları, pirotexniklər və rayon hərbi idarələrinin nəzdində yaradılmış əməliyyat-axtarış qrupları ilə birgə aparılır.