Modern.az

Britaniyanın müdafiə naziri \"Bayraktar\"ı TƏRİFLƏDİ

Britaniyanın müdafiə naziri \

26 Oktyabr 2022, 18:51

Bu gün Türkiyəyə səfər edən Böyük Britaniyanın müdafiə naziri Ben Uolles İstanbulda keçirilən "SAHA" müdafiə sərgisinə baş çəkib.

 

Modern.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Uolles sərgidə "Bayraktar TB2" pilotsuz uçuş aparatlarını (PUA) istehsal edən "Baykar" şirkətinin stendini ziyarət edib.

 

Şirkət əməkdaşları britaniyalı nazirə "Akıncı" və "Bayraktar TB2" PUA-ları haqqında məlumat verib.

 

Türkiyə PUA-ları ilə bağlı Uolles jurnalistlərə açıqlamasında bildirib ki, bu silahlar müasir müharibəni əhəmiyyətli dərəcədə dəyişdirib.

 

"Ukraynadan öyrəndiyimiz dərslərlə silahlı qüvvələrimizə investisiyalar yatırırıq. Şübhəsiz ki, müasir müharibələrdə yeni modelini gördüyümüz TB2-lər oyun dəyişdirici faktor olub", - deyə nazir bildirib.

 

Britaniyanın Türkiyə istehsalı PUA-ları almağı düşünüb-düşünmədiyi barədə suala cavab verən Uolles İstanbula hansısa silahı almaq üçün gəlmədiyini bildirib: "Spekulyasiyalar etməyək. Qarşıdakı 10 ildə ordumuzu modernləşdirmək üçün 23 milyard sterlinq xərcləyəcəyik. Biz də hava qüvvələrimizə sərmayə qoyacağıq, nə olacağını görəcəyik".

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI