İranda ziyarətgaha silahlı hücum zamanı ölənlərin sayı artıb.
Modern.az yerli mətbuata istinadən xəbər verir ki, terror aktı nəticəsində ölənlərin sayı artaraq 45 nəfərə çatıb. onlardan ikisi azyaşlıdır.
***
19:41
İranın Şiraz şəhərində ziyarətgaha hücum nəticəsində 15 nəfər ölüb, 40 nəfər yaralanıb.
Modern.az xəbər verir ki, bu barədə "Mehr" informasiya agentliyi məlumat yayıb.
Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım maşınları cəlb edilib.
***
19:28
İranın Şiraz şəhərində yerləşən Şahçerağ ziyarətgahı yaxınlığında silahlı şəxslər insanlara atəş açıb.
Modern.az "Fars" agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində 13 nəfər ölüb, 16 nəfər yaralanıb.
Məlumat görə, insidentlə əlaqədar iki nəfər saxlanılıb, 3-cü şəxsin tutulması istiqamətində işlər aparılır.
Ölənlərin sayının artacağı istisna edilmir.
Qeyd edək ki, hadisənin terror aktı olduğu bildirilir.
Akif İsmayılov