Modern.az

Sobçakı 15 ilə yaxın həbs gözləyir - İttiham açıqlandı 

Sobçakı 15 ilə yaxın həbs gözləyir - İttiham açıqlandı 

26 Oktyabr 2022, 21:13

Məşhur rusiyalı teleaparcı Kseniya Sobçak ölkənin "Rostex" dövlət korporasiyasından pul tələb etməkdə ittiham olunur.

 

Modern.az verir ki, bu barədə Rusiya KİV-ləri hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

 

Sobçak Rusiya Cinayət Məcəlləsinin 163-cü maddəsinin 3-cü hissəsinin "b" bəndi (külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) ilə şübhəli bilinir.

 

Qeyd olunan maddə əsasında aparıcını 15 ilə qədər həbs gözləyir.

 

Sobçak haqqında həbs qərarının verildiyini öyrəndikdən sonra ötən gecə Rusiyadan qaçıb. Hüquq-mühafizə orqanları onun evində və avtomobilində axtarış aparıb. 

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI