Modern.az

ABŞ-dan İrana xəbərdarlıq: Etirazçıları öldürməyin!

ABŞ-dan İrana xəbərdarlıq: Etirazçıları öldürməyin!

Dünya

27 Oktyabr 2022, 00:54

Rusiya İrana ölkədə baş qaldıran etirazları yatırmağa kömək edə bilər.

 

Modern.az xəbər verir ki, bunu Ağ Evin sözçüsü Karine Jen-Pyer deyib.

 

O qeyd edib ki, Moskva etirazların yatırılmasında qazandığı təcrübə əsasında İrana nümayişlərin dağıdılması üçün məsləhət verə bilər.

 

Sözçü, həmçinin bildirib ki, İranın Ukraynaya qarşı müharibədə Rusiyaya kömək etdiyinə dair sübutlar hər kəsə məlumdur.

 

"Bizim İrana mesajımız çox aydındır. Öz xalqınızı öldürməyi dayandırın və ukraynalıları öldürmək üçün Rusiyaya silah göndərməyi dayandırın", - Jan-Pyer deyib.

 

Akif İsmayılov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI